“Bəlkə Rəşadla “Krılya Sovetov” yox, “Neftçi” maraqlanır?”
15.01.2013 - 12:59
“Komsomolskaya Pravda” qəzetinin əməkdaşı Artyom Lisovski “Krılya Sovetov”un haitili Rejinal Qoro ilə maraqlanmasına dair yazı hazırlayıb. Apasport.az saytının məlumatına görə, yazının sonunda müəllif “Qəbələ”nin futbolçusu Rəşad Abdullayevə söz atıb.
Mirça Rednikin çalışdırdığı “Standard”ın üzvü olan Qoronun Rəşad kimi sağ cinah yarımmüdafiəçisi olması, üstəlik Abdullayevin “Krılya Sovetov”a keçmək variantının olmasını dilə gətirməsi Lisovskini hirsləndirib: “Şayiələr gəzir ki, “Krılya” Azərbaycan çempionatında yeni yarımmüdafiəçi tapıb! Söhbət gənc istedadlı futbolçudan gedirdi. Ancaq qətiyyən belə deyilmiş! “Krılya” “Qəbələ”nin 31 yaşlı yarımmüdafiəçisi Rəşad Abdullayevə maraq göstərirmiş. Bu haqda futbolçunun özü demişdi”.
Ötən il Türkiyədə keçirilən Axmet Kadırov turnirində Hacı Hacıyevin onu bəyəndiyini və bunun piar olmadığını deməsinə isə yazar belə reaksiya verib: “Bu piar-gedişdir, yoxsa yox, dəqiq deyil. Ola bilər ki, Rəşad Abdullayev nəyisə qarışdırıb, bəlkə onunla “Krılya” yox, Azərbaycan klubu “Neftçi” maraqlanır? Axı bu komandalara eyni soyadlı məşqçilər – Hacı Hacıyevlə Böyükağa Hacıyev başçılıq edir. İstənilən halda, bu olduqca həqiqətə oxşayır. Ancaq “Krılya”ya yaşlı, özü də Azərbaycan çempionatında 5-ci yeri tutmuş komandanın oyunçusu lazımdırmı? Olduqca şübhəli məsələdir!”

0
0