“Amkar” “Neftçi” ilə də oynayacaq
15.01.2013 - 14:11
“Amkar” “Neftçi” ilə də oynayacaq
“Neftçi”nin Antalyadakı təlim-məşq toplanışında qarşılaşacağı rəqiblərindən daha biri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Amkar” Türkiyədəki hazırlıq prosesində 2 Azərbaycan komandası ilə oynayacaq.

Belə ki, bu gün toplanışa yollanan Perm klubu “İnter”dən sonra “Neftçi” ilə də oynayacağını açıqlayıb. Rusiya Premyer Liqa təmsilçisi “bankirlər” yanvarın 18-də üzləşəcəksə, digər Bakı təmsilçisi ilə matçının yanvarın 27-də olacağını göstərib.

Qeyd edək ki, permlilər qış fasiləsində 12-ci pillədə yollanıb.