“Kəpəz” baş məşqçisini istefaya göndərdi
15.01.2013 - 14:20
“Kəpəz”in əvəzedicilərdən ibarət komandasında baş məşqçi dəyişikliyi rəsmiləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “dubl”u bundan sonra Mehman Hacıyev hazırlayacaq.
Gənc məşqçi bu postda Xaliq Mərdanovu əvəzləyib. Hacıyev isə buna kimi əsas komandada çalışırdı. O, həmçinin klubda əvəzedicilərdən ibarət komanda yaradılan ilk gündən məhz heyətin başında olub. Ötən yay isə Hacıyev əsas komandaya dəvət almışdı. Məşqçinin qarşısında duran əsas məsələ “Kəpəz” üçün layiqli ehtiyat qüvvə yetişdirmək, bacarıqlı və istedadlı futbolçuları tapıb üzə çıxarmaqdı.

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0