“Xəzər Lənkəran”da 16 yaşlı futbolçu
15.01.2013 - 15:09
“Xəzər Lənkəran”da 16 yaşlı futbolçu
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” bu gün səhər məşqini keçirib. Apasport.az saytının məlumatına görə, fitnes zalda hazırlıq keçən komanda günün 2-ci məşqini meydanda gerçəkləşdirəcək.

Bu gün “Xəzər Lənkəran”ın düşərgəsinə daha 2 futbolçu qoşulacaq. Bunlar “Sumqayıt”dan transfer olunan Uğur Pamuk və gənc Elnur Cəfərovdur. O, klubun U-16-sından əsas komandaya cəlb olunub. Onların hər ikisinin axşam məşqində iştirakı gözlənilir.

Qeyd edək ki, digər bir gənc oyunçu, U-19-dan qayıdan Kamran Abdullazadə də hazırlıqlara yanvarın 14-dən qatılıb.