“Rəvan” Slovakiyadan məşqçi gətirir
15.01.2013 - 15:21
“Artıq məşqçilər korpusunda yeni çalışdırıcımızın adı bəllidir. Sizə əvvəl yeni məşqçimizin ölkə xaricindən olacağını demişdim. Bu, Rastislav Şvitskidir”. Bunu apasport.az saytına açıqlamasında “Rəvan”ın vitse-prezidenti Bəhruz Şirəliyev deyib.
Ancaq yeni məşqçinin kimliyi bəlli olsa da, onun ölkəmizə gəlişi yubanır. “Rəvan”ın vitse-prezidentinin sözlərinə görə, gecikmənin səbəbi onlardan asılı deyil: “Şvitski Slovakiyanın “Koşitse” klubunda fiziki hazırlıq üzrə məşqçi işləyirdi. İndi ordan ayrılıb bizim komandaya gəlir. Ancaq Slovakiyadan ölkəmizə viza açdırmaq bir qədər vaxt aldığından, onun gəlişi yubanır”.
Qeyd edək ki, Rastislav Şvitski doktorluq dərəcəsinə malikdir. O, “Koşitse”də baş məşqçi Yan Kozakın köməkçilərindən biri idi.
Səbuhi TOFİQOĞLU

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0