Anatoli Konkov Azərbaycana rəqib olmağı təklif edir
15.01.2013 - 16:55
Azərbaycanla Gürcüstanın birgə namizədliyini verdiyi 2020-ci il Avropa çempionatını ev sahibliyi etməyə daha bir ölkə iddialıdır. Apasport.az saytının məlumatına görə, Ukrayna da bu mötəbər turnirin ölkəsində keçirilməyini istəyir.
Ukrayna Futbol Federasiyasının prezidenti, Bakı “İnter”in baş məşqçisi kimi bizə tanış olan Anatoli Konkov bu məsələ ilə bağlı İcraiyyə Komitələrində qərar çıxarılmağını vacib sayır: “UEFA Avropa çempionatının keçirilməyi formatını 2014-cü ildə yekun təsdiqləyəcək. Ölkəmizin AVRO-2020-ə sifariş vərəqini verməyini isə Ukrayna Futbol Federasiyası qəbul etməlidir. Biz bu məsələni mütləq gündəliyə daxil edəcəyik. Bu, çox önəmli addımdır. Hesab edirəm ki, bununla bağlı qərar kollegial qəbul olunmalıdır”.
Qeyd edək ki, Konkov “İnter”i çalışdırdığı 2004-cü ildən 2006-cı illərdə vitse-prezident də olub.

0
0