Ruslan Abışov “Rubin”lə anlaşdı!
15.01.2013 - 17:51
“Xəzər Lənkəran” klubunun futbolçusu Ruslan Abışov “Rubin”ə keçmək üzrədir. Apasport.az saytının məlumatına görə, artıq tərəflər danışıqların son mərhələsinə qədəm qoyublar.
Belə ki, Antalyada təlim-məşq toplanışı keçən Kazan təmsilçisinin düşərgəsində olan 25 yaşlı müdafiəçi rəsmi müqavilə imzalamaq üçün tibbi müayinənin nəticəsini gözləyir.
“Rubin” “ağ-yaşıllar”a Ruslanın transferi ilə bağlı rəsmi müraciət edəndən sonra futbolçunun danışıqlar üçün Kazana gedişinə icazə verilib. “Rubin” millimizin üzvünü birbaşa müqaviləyə dəvət edib. Bildirilir ki, Abışov müayinədən uğurla keçərsə, transfer baş tuta bilər.
Lənkəranlılar isə müqavilə ilə hələ 1,5 il onlara məxsus futbolçu ilə bağlı qarşı tərəfə öz şərtlərini irəli sürüb. Təbii ki, burada transferin müqabilində müəyyən kompensasiyanın ödənilməyi nəzərdə tutulub. Rusiyalıların həmin şərtləri qəbul etməyi danışıqların müsbət nəticələnməyində maraqlı olduğunu göstərir.
Qeyd edək ki, “Rubin” Antalyadakı hazırlığı çərçivəsində yanvarın 18-də Donetsk “Metallurq”u, 21-də Moldova “Şerif”i ilə yoxlama oyunu keçirib, ertəsi Kazana dönəcək.

0
0