“Dedi ki, 6 ay “Xəzər Lənkəran”da oynayıb, “Rubin”ə gedəcəm”
15.01.2013 - 18:37
“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Yunis Hüseynovun apasport.az saytına müsahibəsi
- Lənkəranda rəhbərliyiniz altında oynamış Ruslan Abışov “Rubin”lə müqavilə imzalamaq üzrədir. Bu transferinin reallaşmaq perspektivinə necə baxırsınız?
- Ruslana böyük ümidim var. İnanıram ki, “Rubin”ə keçib özünü göstərə biləcək. Təcrübəli olduğundan, ciddi problemlə üzləşməməlidir. Amma öz üzərində işləməlidir. Demirəm ki, Ruslanın çatışmayan cəhətləri yoxdur.
- Çatışmayan cəhətləri hansıdır?
- Bir az cəldliyində, sürətində problem var. Bunun üzərində işləsə, şansı daha da artacaq.
- “Rubin”də əsas heyətə düşmək uğrunda rəqabətin böyük olmağını da nəzərə almalıyıq. Sizcə, Ruslan müdafiədə, yoxsa yarımmüdafiədə oynaya bilər?
- Orta xətdə. Onun dayaq yarımmüdafiəçisi kimi oyunu yaxşı alınır. Orada üstün cəhətlərini daha yaxşı göstərir. Əgər Ruslan oynadığı mövqedə əsas heyətə düşmək uğrunda mübarizə apara bilsə, problemi olmayacaq. “Xəzər Lənkəran”da rəhbərliyim altında oynadığı dövrdə məşqlərdə canla-başla çalışırdı. Həmişə işinə ciddi yanaşır. “Rubin” onunla hələ yayda maraqlanırdı.
- Məsələnin bu tərəfi daha maraqlıdır. Həmin vaxt dəvət necə oldu?
- Bildiyimə görə, “Rubin” Abışovla hələ “Xəzər Lənkəran”a gəlməmiş, “Neftçi”də oynadığı vaxtdan maraqlanırdı. Sonradan elə oldu ki, futbolçu bizə keçdi və Avstriyadakı təlim-məşq toplanışına gəldi. Kazanlılar da həmin vaxt orada təlim-məşq toplanışında idi. Abışova dəvət göndərdilər, çox bəyənmişdilər.
- Elə isə keçid niyə baş tutmadı?
- Ruslan mənə söz verdi ki, komandaya qayıdacaq. O, sözünün üstündən durdu. Dedi ki, “Xəzər Lənkəran”da 6 oynayıb, bundan sonra “Rubin”ə gedəcəyəm.
- Həmin vaxt lənkəranlılarla müqavilə imzalamışdı axı...
- Bəli.
- Ruslan həmin vaxt “Rubin”in düşərgəsində ciddi zədələnə bilərdi. Bu kimi məsələlərdə kazanlılarla danışıqlarda razılaşmışdı?
- Abışov qısa müddətə, danışıqlara getmişdi. Buna görə də zədə problemi ilə üzləşməyi real deyildi.
Mehman SÜLEYMANOV

0
0