Zorən legioner
16.01.2013 - 00:02
Medianın avropalı futbolçuları yerə-göyə sığdırmamağına çox da önəm verməyin, onların da öz qüsurları var. Məsələn, Uesli Sneyderin hazırkı durumu bir müsəlman, qafqazlı kişinin düşüncə tərzinə ziddi. Boşda olan bütün tanınmış futbolçulara talib çıxmaq xəstəliyinə yoluxan türklər onun da qapısının ağzını kəsdiriblər. Amma hələ ki, hollandiyalı "Qalatasaray"a konkret cavab verməyə tələsmir. Adamın, açıq-saçıq şəkilləri məşhur jurnalların üz qabığını bəzəyən Yolante Kabau adlı ömür-gün yoldaşı var. Bizim həyata baxış bucağımıza görə papağını çoxdan itirən Sneyder deyir ki, külli-ixtiyarı vermişəm onun əlinə: arvad harada desə, orada oynayacağam...
Sneyder bizim gözümüzdə başıpapaqlı olmasa da, onun "Qalatasaray" kimi qapısını kəsdirən müştərisi var. Türklər Hollandiya millisinin üzvünü İstanbula gətirmək üçün ilan dili çıxartdıqları bir vaxtda bizim bəzi futbolçular özlərinə qardaş ölkədə iş tapmağa cəhd edirlər. Amma qeyrət-namus baxımından sıxıntımız olmasa da, azərbaycanlıların gedə biləcəyi yer qardaş ölkənin I divizionudu. Bunun üçün isə onlar yox, biz ağız açmalıyıq, menecerlər vasitəsi ilə kimlərisə dürtmələməliyik.
Ümumiyyətlə, futbolçularımızın legioner həyatı yaşamaqda maraqlı olmadığını söyləməkdə fayda var. Bunun səbəbi isə öz potensiallarına bələd olmaları və gedə biləcəkləri yerlərdə buradakından az qazanmalarıdı. Bizimkilər əksər hallarda məcburiyyətdən qürbət elə yollanırlar. Özlərini yaxşı tərəfdən göstərib əcnəbilərin diqqətini çəkənlər barmaqla sayılacaq qədərdi.
Məsələn, gəlin yaxın keçmişə nəzər salaq. 2002-ci ildə Samir Əliyev, Kamal Quliyev, Mahmud Qurbanov, Tərlan Əhmədov, Cahangir Həsənzadə, Vadim Vasilyev kimi futbolçularımızın Ukraynaya üz tutmalarının səbəbi milli çempionatımızda yaranan durğunluq idi. Elə ki işlər düzəldi, hamısı şələ-şüləsin yığıb vətənə qaçdılar.
Futbolçularımızın Avropaya növbəti axını Saşa Yunisoğlu, Rəşad Sadıqov, Mahir Şükürov, Vaqif Cavadov və daha bir neçə nəfərin adı ilə bağlıdı. Məsələn, Saşa yaxşı oyunu və menecer kimi fəaliyyət göstərən atasın bacarığı ilə Polşaya üz tutmuşdu. İlk əvvəl onun "Diskoboliya"da işləri yaxşı gedirdi, lakin sonradan bu klub "Poloniya" ilə birləşdi və əsas heyətdə yerini itirən Yunisoğlu evə dönməli oldu. Karyerasının başlanğıcında "Antalyaspor"a gedən Şükürov orada rəqabətdən çəkindiyi üçün vətənə döndü və bir müddət yerli klubları əlcək kimi dəyişəndən sonra "Anji" ilə anlaşdı. Amma çox keçmədən məlum oldu ki, Mahirin səviyyəsi zəif bir klub üçün yetərli imiş. Belə ki, Mahaçqala klubu yeni layihəyə start verən zaman yığmamızın üzvünü qapının önünə qoydu.
Rəşadın "Kocaelispor"a gedişini də yaxşı xatırlayıram. Futbol tariximizdə ən yaxşılardan olan Sadıqov yalnız "Neftçi"yə lazım olmayandan sonra xaricə getdi və qardaş ölkədə özünü yaxşı tərəfdən göstərdi. Təsadüfi deyil ki, əzmkar oyununa görə türkiyəli azarkeşlər ona "Terminator" ləqəbi vermişdilər. Həmin mövsümdə "Kocaelispor" I diviziona düşsə də, Rəşad barədə müsbət fikir formalaşmışdı. Onun "Əskişəhərspor"a çağırılması buna bariz sübutdu. Lakin təəssüf ki, Sadıqovun özünü tez-tez göstərən belindəki zədəsi və futbol savadının bir qədər aşağı olması onun Türkiyədə həqiqi mənada sözünü deməsinə əngəl oldu.
Hazırda "Qarabağ"da Sadıqovun komanda yoldaşı olan Vaqifin də evini zədə yıxdı. Cavadov yaxşı formada idi və Avroliqadakı sərgilədiyi oyunla "Tvente"nin baş məşqçisi Stiv Maklarenin rəğbətini qazandı. Di gəl ki, Hollandiyaya gedər-getməz zədələndi və klubu ilə rəsmi debüt etmədən yollarını ayırdı. Təəssüf ki, yığmamızın hücumçusu hələ də əvvəlik formasını bərpa edə bilməyib. Onun "Volqa"da möhkəmlənə bilməməsinin səbəbi də məhz bu oldu.
Araz Abdullayevin "Everton"a, Amit Quluzadənin "Ərciyəsspor"a piar xaraterli transferləri, mətbuatda zaman-zaman bəzi futbolçularımızla bağlı yer alan reklam tipli xəbərlər üzərində dayanmağa lüzum görmürəm. Yaşananlardan əksəriyyətiniz xəbərdarsız. Sözümün canı odu ki, bizim futbolçular əksər hallarda məcburiyyətdən legioner həyatı yaşayıblar, özlərini göstərib xaricə yollananlar isə ümidləri doğrultmayıb, əlləri ətəklərindən uzun geri dönüblər.
Bu aralar futbolçularımızın xaricə yollanmaları ilə bağlı yeni dalğa baş qaldırıb. "Neftçi"yə lazım olmayandan sonra "Dənizlispor"a keçən və özünü yaxşı tərəfdən göstərən Rail Məlikov daha bir həmyerlimizin - Arif İsayevin həmin kluba gedişinə zəmin yaratdı. Necə ki, birvaxtlar Rəşad Sadıqovdan məmnun qalan "Kocaelispor" Ramal Hüseynovu heyətinə qatmışdı. Amma bu futbolçular ölkədə özlərinə uyğun iş tapmadıqları üçün Türkiyəyə yollanıblar. İş o yerə çatıb ki, Emin İmaməliyev də ahıl yaşında qürbət elə getməkdə maraqlıdı. Rauf Əliyev isə "Bakı"nı qərar verməyə tələsdirmək üçün Türkiyədən müştərisinin olduğunu söyləyir. "Adana Dəmirspor"da çıxış edən Cavid Hüseynovun da halından məmnun olduğunu söyləmək olmaz. O da əlacsızlıqdan qardaş ölkənin I divizionunda top qovur.
Hələlik özünü yaxşı tərəfdən göstərib, iddialı bir klubun diqqətini çəkən yalnız Ruslan Abışovumuz var. Millimizin və "Xəzər Lənkəran" üzvü "Rubin"lə böyük ölçüdə anlaşıb. Bu, futbolumuz adına önəmli məqamdı. Ümumiyyətlə, özündə cəsarət tapıb xaricə yollanan bütün futbolçularımız alqışa layiqdi. Bu mənada Məlikovu xüsusilə qeyd etmək yerinə düşər. Lakin həmyerlilərimizin Railin, Cavidin, Arifin deyil, Ruslanın aqibətini yaşamaları arzuolunandı. Futbolçularımızın əlacsızlıqdan deyil, göstərdikləri səviyyəli oyunla xarici klubların maraq dairəsinə düşmələrini, I divizionda mübarizə aparanların yox, iddialı, Avropada tanınan komandaların formasını geymələrini diləyirik.
ŞAMO

0
0