FİFA prezidenti: Ağlıma gələn ilk ad odur
16.01.2013 - 00:11
FİFA prezidenti: Ağlıma gələn ilk ad odur
Yozef Blatter qarşıdakı 3 il ərzində FİFA prezidentliyindən gedəcək. Apasport.az saytı xəbər verir ki, bu haqda məlumat verən qurum rəhbəri vəzifədən ayrıldıqdan sonrakı fəaliyyətini də açıqlayıb: "Uşaq vaxta xəyalını qurduğum işi görmək istəyirəm. Oyunlarda şərhçilik etmək arzusundayam. Amma "topu sağa atdı, sola atdı" deməklə yox. Bunu onsuz da hər kəs deyir. Matç taktikaları və oyun texnikaları barədə şərhçilik etmək və bir futbol mütəxəssisi kimi xatırlanmaq istəyirəm".

Daim yersiz çıxışları və əks-reaksiya alan şərhləriylə seçilən Blatterin vəzifədən getmə qərarı futbol dünyasında şok təsir yaradıb. Hələ 3 il boyunca vəzifəsinin başında olacağına baxmayaraq, təcrübəli idarəçinin yerini kimin dolduracağı indidən danışılmağa başlanıb.

Amma Blatter bu sualı da cavabsız qoymayıb: "Məncə, yerimə gələ biləcək ən layiqli şəxs Mişel Platinidi. Bunu istəyərmi - bilmirəm. Çünki heç vaxt bunu dilinə belə gətirməyib. Amma ağlıma gələn ilk ad odu. Bu vəzifədə uğur qazanacağına inanıram".