“Simurq“ “Zestafoni”ni yendi
16.01.2013 - 00:08
“Simurq“ “Zestafoni”ni yendi
Qış fasiləsində hazırlıqları Zaqatalada davam etdirən "Simurq"un əvəzedici komandası ilk yoxlama görüşünü keçirib. Apasport.az saytının xəbərinə görə, zaqatalalılar doğma arenada Gürcüstanın "Zestafoni" klubunu qonaq edib.

Qarşılaşmadan "sarı-qaralar" 3:2 hesabı ilə qalib ayrılıb. Zaqatala təmsilçisinin qollarını Həsən Qəhramanov və yeni heyətə qatılmış Ruslan Varançov (2) vurub.

Qeyd edək ki, "Simurq" növbəti yoxlama görüşlərini yanvarın 25-i və 30-da keçirəcək. Əvəzedicilər I dəstədə mübarizə aparan Gəncənin "Tərəqqi" və Mingəçevirin "Energetik" kollektivləri ilə görüşəcək.