“Çürük alma”ya görə üzr istədi
16.01.2013 - 00:15
“Çürük alma”ya görə üzr istədi
Silvio Berluskoni Mario Balotellidən üzr istəyib. Apasport.az saytının xəbərinə görə, buna səbəb "Milan" prezidentinin ötən günlərdə futbolçu haqqında işlətdiyi ifadələrdi.

İtaliyalını "çürük alma" adlandırmış Berluskoni sözü başqa məqsədlə dediyini bildirib: "Balotelli məndən inciyibsə, üzr istəyirəm. Onu təhqir, ya da tənqid etmək niyyətim yox idi. Söylədiklərim səhv anlaşılıb. Mən "Milan"ın paltardəyişmə otağında müsbət fiqurlara ehtiyac duyduğunu, ortalığı qarışdıran intizamsız oyunçu istəmədiyini söyləmişdim. Yalnız bir futbolçudan danışmırdım".

Əslində, Berluskoninin bu açıqlamasını Marionun "Milan"a transfer iddialarının gerçəkləşəcəyinə işarə kimi də qəbul etmək olar. Buna baxmayaraq, klub prezidenti Balotelli ilə transfer görüşməsi aparmadıqlarını bildirib.