Xorvatiya yığmasının sabiq qapıçısı “Xəzər Lənkəran“a gəldi
16.01.2013 - 01:14
Antalyada təlim-məşq toplanışında olan "Xəzər Lənkəran"ın düşərgəsinə daha üç futbolçu gəlib. Apasport.az saytının xəbərinə görə, dünən komandaya qoşulan Kamran Abdullazadədən başqa heyətə yeni transfer olunan Uğur Pamuk və klubun yetirməsi, U-17 milli komandamızın əsas hüçumçusu Elnur Cəfərov da qoşulublar.
Digər futbolçu isə baxışa gələn xorvat qapıçı İvan Çoviçdir. 22 yaşlı qolkiper vaxtilə U-21 Xorvatiya millisinin şərəfini qoruyub, 2008-2009-cu illərdə Zaqreb "Dinamo"sunda, 2009-2010-cu illərdə "İnter Zapreşiç" və 2010-2012-ci illərdə "Hrvatski Dragovoljac" klublarında oynayıb.

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0