Ruslan Abışovun “Rubin”ə yolu açılır
16.01.2013 - 09:30
Ruslan Abışovun “Rubin”ə yolu açılır
“Xəzər Lənkəran”ın futbolçusu Ruslan Abışovun birbaşa müqaviləyə yollandığı “Rubin” italiyalı mərkəz müdafiəçisi Salvatore Bokkettini satmaq fikrindədir. Apasport.az saytının məlumatına görə, “Zenit” 26 yaşlı legionerin xidmətində maraqlıdır.

Son Rusiya çempionu digər italiyalı müdafiəçi – “Milan”dan İnyatsio Abateni transfer edə bilməsə, kazanlılarla danışıqlara girəcək. Bokketinin transferi 12 milyon avro qiymətləndirilir. 2010-cu ildən “Rubin”də oynayan Salvatore bunadək vətənində “Cenoa”da çıxış edib.

Qeyd edək ki, Ruslan həm müdafiənin mərkəzində, həm də dayaq yarımmüdafiəçisi mövqeyində oynayır.