“İnter” səhər moldovalılarla, axşam ruslarla qarşılaşacaq
16.01.2013 - 12:07
Antalyada hazırlıqlarını davam etdirən “İnter” Moldovanın “Kostulen” və Rusiyanın “Krılya Sovetov” klubları ilə fevralın 3-də qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, artıq “bankirlər”in həmin gün birinci hansı komanda ilə görüşəcəyi məlum olub.
Belə ki, Topaz Premyer Liqasının qış çempionu səhər “Kostulen”lə üz-üzə gələcək. Bu matçda əsas heyətə düşməkdə çətinlik çəkən futbolçular və gənclər meydana çıxacaq. Axşam isə Rusiya Premyer Liqa təmsilçisi “Krılya Sovetov”la oyun var. Bu matçda böyük ehtimalla, fevralın 11-də “Xəzər Lənkəran”la oyunda yer alacaq futbolçular meydanda olacaq.
Qeyd edək ki, artıq “İnter” sabah ilk yoxlama oyununu keçirəcək. II Bundesliqa klubu “Aalen”lə matçın Bakı vaxtı ilə saat 17:00-da baş tutması nəzərdə tutulub.

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0