Mahmud Qurbanovun köməkçisi müəyyənləşdi
16.01.2013 - 12:59
“Kəpəz”in məşqçilər korpusunda dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Mehman Hacıyevin əvəzedici heyətə göndərilməsindən sonra boş qalan köməkçi-məşqçi vəzifəsini İbrahim Hüseynov tutub.
Hüseynov komandanın baş məşqçisi Mahmud Qurbanov tərəfindən “Kəpəz”ə dəvət olunub. Hüseynovun sonuncu iş yeri “Tərəqqi” olub. O, Gəncənin aşağı diviziondakı təmsilçisində oynayan məşqçi funksiyasını yerinə yetirib.
Qeyd edək ki, İbrahim Hüseynov hazırda Bakıda olan “Kəpəz”in təlim-məşq toplanışında iştirak edir.

0
0