“Kamran Ağayevlə Rauf Əliyevin transferində anlaşılmazlıq yaranıb”
16.01.2013 - 14:18
“Klub prezidenti Hafiz Məmmədov Kamran Ağayevlə Rauf Əliyevin komandamıza keçidinə razılıq verib. Biz millimizin hər 2 üzvünü transfer etməkdə maraqlıyıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov deyib.
“Zolaqlılar” müqavilə ilə müvafiq olaraq, “Xəzər Lənkəran” və “Qarabağ”a məxsus qapıçı Kamran Ağayevlə hücumçu Rauf Əliyevin keçidini həll etməyə çalışır. Son günlərdə ölkə xaricində olan “Bakı”nın prezidenti Hafiz Məmmədov qayıtdıqdan sonra müzakirə olunan məsələ müsbət həllini tapıb.
Vitse-prezidentin sözlərinə görə, futbolçular öz klubları ilə məsələlərini yoluna qoymalıdırlar: “Bildiyiniz kimi, həm Raufun, həm də Kamranın öz klubları ilə müqavilələri var. Hər ikisi ilə ilkin anlaşma əldə etmişik və rəsmi müqavilə bağlamağa hazırıq. Sadəcə, bəzi anlaşılmazlıqlar var ki, futbolçu bunu öz rəhbərliyi ilə həll etməlidir. Bunun üçün hər ikisini Türkiyəyə göndərmişik. Komandamız da hazırda Antalyada təlim-məşq toplanışındadır. Rauf düşərgəmizdə olduğu müddətdə “Qarabağ” rəhbərliyi ilə görüşmək imkanı qazanacaq. Ağayevlə bağlı isə “Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimovla söhbətim olub. Qapıçı klubu ilə maddi məsələni həll etməlidir”.
Maraqlıdır, millimizin əsas qapıçısı olan Ağayevin gəlişindən sonra “Bakı”nın makedoniyalı qapıçısı Edin Nurəddinovskinin taleyi necə olacaq? Məmmədovun sözlərinə görə, Kamranın transferi baş tutarsa, əcnəbi qapıçının gedişi nəzərdə tutulmayıb: “Ağayev son vaxtlar oynamadığından, formada deyil. Biz onu gələcək üçün transfer edirik. Ancaq Ağayev cari mövsümdə də oynayıb, forma yığmaqla bizə kömək edə bilər. Həm Rauf, həm də Kamran “Bakı”da oynamağı çox istəyir. Ağayevin transferi gerçəkləşərsə, qapıçılarımızdan birini oyun praktikası qazanmaq üçün icarəyə verə bilərik”.
Mehman SÜLEYMANOV

0
0