AFFA daha bir komandanı Antalyaya göndərdi
16.01.2013 - 14:42
Azərbaycanın daha bir komandası qış təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirəcək. Apasport.az saytının məlumatına görə, “Azercell U-17 Liqa”nın 2011/2012-ci il mövsümünün qalibi olan “İnter”in U-17 komandası yanvarın 20-dən 27-dək qonşu ölkədə hazırlıq keçəcək.
AFFA-nın hesabına Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq komanda "Hadrianus" otelində məskunlaşacaq. Bakılılar səfərə 20 nəfərlik futbolçu heyəti ilə yollanacaq. Onlardan 15-i 1996-cı, 5-i isə 1997-ci il təvəllüdlü futbolçulardır.
“Azercell U-17 Liqa”nın qaliblərinin mükafatlandırılması mərasimində Əsasnaməyə uyğun olaraq çempion olmuş komandaya qızıl medallar, diplom və kubokla yanaşı, AFFA-nın vəsaiti hesabına ölkə xaricində bir həftəlik təlim-məşq toplanışı keçirmək hüququ verən sertifikat da təqdim olunur.
Qeyd edək ki, Premyer Liqa klublarından əksəriyyəti və bəzilərinin əvəzedici komandalarından başqa ölkəmizin U-21, U-19, U-17 yığmaları da Antalyada toplanış keçəcək.
Mənbə: affa.az

0
0