Branimir Subaşiç Bolqarıstan klubunda?
16.01.2013 - 14:55
Branimir Subaşiç Bolqarıstan klubunda?
Bolqarıstanın “Montana” klubu qış “transfer pəncərəsində” heyətini gücləndirmək üzrədir. Apasport.az saytının məlumatına görə, A qrupunun autsayderi bu məqsədlə Azərbaycandan da futbolçu almağı planlaşdırıb.

Belə ki, artıq bu gün klubun düşərgəsində Premyer Liqada çıxış edən oyunçu peyda olacaq.

Bolqarıstan mətbuatının iddiasına əsasən, bu futbolçu serb olacaq: “Bu gün komandanın düşərgəsinə Azərbaycandan bir serb futbolçu gələcək”.

Həmkarlarımız həmin oyunçunun ölkəmizdə çıxış edən legionerlərdən birinin, yoxsa milliləşən serb olduğunu öyrənə bilməyib. Yığmamızın serb hücumçusu Branimir Subaşiçin hazırda klub axtarışına çıxmasını nəzərə alsaq, Azərbaycandan “Montana”ya gedəcək serbin məhz o olacağı istisna deyil.

Qeyd edək ki, Topaz Premyer Liqanın ilk 18 turunda Subaşiçdən başqa cəmi 8 serb çıxış edib.