“Bakı” rumıniyalı futbolçu haqda qərar verdi
16.01.2013 - 15:00
“Bakı” baxışdan keçirdiyi rumıniyalı müdafiəçi Kladuio Vikunun geri qaytaracaq. Klubun vitse-prezidenti Zeynal Məmmədov apasport.az saytına açıqlamasında mərkəz müdafiəçi mövqeyində çıxış edən legioneri bəyənmədiklərini bildirib.
Məmmədovun sözlərinə görə, futbolçunun əvəzinə düşərgəyə həmyerlisinin gələcəyi gözlənilir: “Həmin rumıniyalı futbolçu hücumçudur. Bizə bu mövqeyə oyunçu lazımdır. Qış fasiləsində 2 hücumçu almağı nəzərdə tutmuşuq. Bunlardan birinin Rauf Əliyev, digərinin legioner olacağı gözlənilir”.
Qeyd edək ki, Vikunun son klubu Moldovada “Daçiya” olub.
Mehman SÜLEYMANOV

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0