UEFA rəmzi yığmanı açıqladı
16.01.2013 - 17:14
Avropanın rəmzi yığması açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA keçirdiyi rəsmi sorğunun nəticələrinə əsasən 2012-ci ilin “11”liyini müəyyənləşdirib.
Rəmzi yığmanın qapıçısı İker Kasilyas (İspaniya, “Real”) olub. Müdafiə xəttində onun həm klub, həm yığmadakı komanda yoldaşı Serxio Ramos, həmçinin Xerard Pike (İspaniya, “Barselona”), Tyaqo Silva (Braziliya, “Milan”/PSJ), Filip Lam (Almaniya, “Bavariya”) yer alıblar.
Orta sahədə də İspaniya klublarının futbolçuları çoxluq təşkil edib. Andres İnyesta və Xavi Ernandesin (hər ikisi İspaniya, “Barselona”) yanında Məsut Özil (Almaniua, “Real”) ilə Andrea Pirlo (İtaliya, “Yuventus”) qərarlaşıblar. Hücum xəttində isə Lionel Messi (Argentina, “Barselona”) və Kriştianu Ronado (Portuqaliya, “Real”) yığmaya layiq görülüblər.

0
0