“Qvardiola “Bavariya”ya çox şey verəcək”
16.01.2013 - 23:31
“Qvardiola “Bavariya”ya çox şey verəcək”
“Barselona”nın sabiq baş məşqçisi Xosep Qvardiolanın Münhen “Bavariya”sı ilə müqavilə bağlamasına klubun idarə heyətinin sədri Karl-Hayns Rumeniqqe münasibət bildirib. Apasport.az-ın məlumatına görə, alman təmsilçisinin rəhbəri komandanın rəsmi saytında ispaniyalı çalışdırıcının gəlişinə şad olduğunu bildirib.

O, Pepin həm “Bavariya”ya, həm də alman futboluna çox şey verəcəyini vurğulayıb:

“Biz çox şadıq ki, Qvardiola ilə razılığa gəldik. Artıq o, bizimlə işləyəcək. Pepi bir çox aparıcı klublar komandasına cəlb etmək istəyirdilər. Çünki o, dünyanın ən yaxşı çalışdırıcılarından biridir. Qvardiola “Bavariya”ya çox şey verəcək. Onun gəlişi yalnız kluba deyil, həm də bütün alman futboluna xeyirli olacaq”.

Qeyd edək ki, Xosep Qvardiola mövsümün sonundan etibarən 2016-cı ilə qədər “Bavariya” ilə müqavilə imzalayıb