Ərəblər Frank Raykaardı qovdular
17.01.2013 - 00:01
Ərəblər Frank Raykaardı qovdular
Futbol üzrə Səudiyyə Ərəbistanı milli komandasının baş məşqçisi Frank Raykaard tutduğu vəzifədən uzaqlaşdırılıb. Apasport.az saytının məlumatına görə, 2011-ci ildən bu komandanı çalışdıran hollandiyalı mütəxəssisin işinə son qoyulub.

Buna səbəb Səudiyyə Ərəbistanı yığmasının Körfəz kubokunun ilk turunda Bəhreyn millisinə məğlub olmasıdır.

Qeyd edək ki, Frank Raykaardın Asiya təmsilçisindən 4 milyon dollara yaxın təzminat haqqı alacağı bildirilir.