Rivaldo aşağı liqa təmsilçində
17.01.2013 - 07:40
Rivaldo aşağı liqa təmsilçində
Braziliyanın məşhur oyunçularından olan Rivaldo “Sao Kaetano” ilə anlaşıb. Apasport.az saytının məlumatına görə, 40 yaşlı hücumçu Braziliyanın Paulista A-1 (3-cü liqa) komandası ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Bu xəbəri “Tvitter” sosial şəbəkəsində təcrübəli futbolçunun özü də təsdiqləyib.

Qeyd edək ki, Rivaldo 1999-cu ildə ilin ən yaxşı futbolçusu seçilib.