“İnter” heç-heçə ilə başladı
17.01.2013 - 18:42
Antalyada təlim-məşq toplanışında olan “İnter” bu gün ilk yoxlama görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, “bankirlər” II Bundesliqada çıxış edən “Aalen”lə qarşılaşıb.
“İC Santai” otelinin meydançasında keçiriləcək oyunda komandalar hərəyə 1 qol vurub. Matçın ilk hissəsində fərqlənən Kaxaber Sxadadzenin yetirmələri 2013-cü ildəki ilk qarşılaşmasından qələbə ilə ayrıla bilməyib. Almaniyalılar fasilədən sonra hesabda tarazlıq yaradıblar. Klublarımızın yeni ildə burduğu ilk qolun müəllifi Samir Zərgərov olub. O, matçın 21-ci dəqiqəsində qol sevinci yaşayıb.
Qeyd edək ki, Antalyadakı hazırlıq prosesində ilk sınağını arxada qoyan “İnter” fevralın 3-dək davam edəcək toplanışda daha 6 yoxlama matçında qüvvəsini sınayacaq.
17 yanvar
“İnter” (Azərbaycan) – “Aalen” (Almaniya) - 1:1
Antalya. “İc Santai” otelinin meydançası

0
0