“O, yazdığı izahatda futbolçulara oyunu satmaq təklifi edildiyini göstərib”
17.01.2013 - 12:16
“O, yazdığı izahatda futbolçulara oyunu satmaq təklifi edildiyini göstərib”
“Ruslan Zubkov bizə bir şey, digərinə başqa şey deyir. Ancaq əlimizdə izahat var”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Turan”ın vitse-prezidenti Namiq Məstanov deyib.

Tovuz təmsilçisinin rəsmisi bir müddət əvvəl Topaz Premyer Liqasının XVIII turunda AZAL-la matç öncəsi futbolçuları Ruslan Zubkovla Nuqzar Kvirtiyaya paytaxt klubundan oyunu satmaqla bağlı təklif aldıqlarını bildirmişdi.

Müqavilə ilə “təyyarəçilər”ə məxsus olan Zubkov isə “Turan”da forma geyindiyi vaxt oyun satqısı ilə bağlı AZAL-dan təklif almadığını deyib.

Belə çıxır ki, “Turan” rəhbərliyi, elə Məstanov bu söhbəti açmaqla özünü zərbə altına qoyur. Ancaq vitse-prezident fikrindən dönmür: “AFFA və PFL-ə izahat vermişəm. UEFA-nın danışılmış oyunlarla bağlı AFFA-da kurator olan Rəmiş Malıyevlə görüşdük. Həmin izahatı yazan futbolçu bizim düşərgədədir. Bu, Aleksandr Krutskeviçdir. O, yazdığı izahatda futbolçulara oyunu satmaq təklifi edildiyini göstərib. Orada Zubkova təklif olunduğu göstərilib. Bizdən asılı olan məsələləri etmişik. Məsələni araşdırıb, yekun qərar çıxarmaq isə müvafiq qurumların işidir. Hələ bizə bir cavab deyilməyib”.