“Simurq”da 3 legioner
17.01.2013 - 12:32
“Simurq”da 3 legioner
Antalyada bu gün ilk yoxlama oyununu keçirəcək “Simurq”un düşərgəsində 3 legioner baxışdadır. Apasport.az saytının məlumatına görə, bunlar Dikson Aqyeman, Muhamed Cakmiç və İvan Miliçeviçdir.

27 yaşlı Aqyeman Belçikadandır. Onun sonuncu klubu Finlandiya TPS-i olub. Cakmiçin də 27 yaşı var və o, Bosniya və Herseqovinanı təmsil edir. Onun çıxış etdiyi son klub Koreyanın “Qanqvon” komandası olub. Həm Aqyeman, həm də Cakmiç dayaq yarımmüdafiəçisidir. Xorvatiyalı Miliçeviçin isə 24 yaşı var. O, 2007-ci ildən “Osiyek”ə məxsus futbolçudur. Miliçeviç forvarddır.

Hər üç futbolçunun taleyinə bu gün aydınlıq gələcək. Belə ki, saat 18:00-da başlanacaq “Akjayık”la oyundan sonra onların düşərgədə qalacağı, yoxsa komandanı tərk edəcəyi bilinəcək.