“Turan” rəhbərliyindən Fərid Quliyevə xəbərdarlıq!
17.01.2013 - 13:01
“Salif Ballo indi də düşərgəmizdədir. Ancaq onun transferi ilə bağlı təklif almamışıq. Fərid Quliyev isə hazırlığımıza hələ də qatılmayıb”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Turan”ın vitse-prezidenti Namiq Məstanov deyib.
Onun sözlərinə görə, malili hücumçu Salif Ballonu satmaqda maraqlı olsalar da, real təklif almadıqlarından, məsələ açıq qalır.
Fərid Quliyev isə “Turan”da qalmaq istəmədiyindən, hazırlığa da qatılmayıb. Məstanov başqa variantı olmayan futbolçunun müqavilə ilə bağlı komandanın məşqlərində iştirak etməli olduğunun vacibliyini bildirib: “Quliyev müqavilə ilə bizə məxsus futbolçudur. Buna əsasən bizim razılığımız olmadan digər kluba keçə bilməz. Başqa variantı yoxdursa, komandamızın hazırlığına qatılmalıdır. Mən futbolçu ilə əlaqə saxlayıb, vəziyyəti aydınlaşdırmaqla bağlı tapşırığımı vermişəm. Fərid gəlməyəcəyi halda, onu nə gözlədiyini bilir. Buna görə də qayıtmayacağına inanmıram”.

0
0