Azərbaycan yığması FİFA reytinqində mövqeyini qorudu
17.01.2013 - 12:57
FİFA milli komandaların reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması 2013-cü ilin ilk siyahısında 118-ci pillədə qərarlaşıb.
Dekabrdakı mövqeyində qalan komandamızın hesabındakı 277 xalla Avropada 44-cü yerdədir.
Yığmamızın seçmə mərhələdəki rəqibləri arasında favoritlərin vəziyyəti dəyişməz qalıb. 1144 xala malik Portuqaliya 7-ci, Rusiya isə 1070 xalla 9-cu pillədədir.
454 xala malik İsrail 2 pillə irəliləyərək 76-cı olub. Şimali İrlandiya 367 xalla 2 pillə geriləyərək 98-ci yerə enib. Lüksemburq isə 148-ci yerini qoruyub – 172 xal.
Yığmamızın Dubay toplanışında üz-üzə gələcəyi rəqiblərdən 11 pillə irəliləyən Özbəkistan (555) 56-cı yerə yüksəlib. Lixtenşteyn (146) isə 154-cü yerdə qalıb.
Siyahının ilk 3 pilləsində dəyişiklik olmayıb. İspaniya (1606) 1-ci, Almaniya (1437) 2-ci, Argentina (1290) 3-cü pillədə qərarlaşıb.

0
0