Qasımov millimizlə oyuna erməni futbolçu çağırdı
17.01.2013 - 16:01
Qasımov millimizlə oyuna erməni futbolçu çağırdı
Özbəkistan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, fevralın 1-də millimizlə yoldaşlıq oyunu keçirəcək asiyalılar Dubay toplanışına 27 futbolçu ilə yollanacaq.

Baş məşqçi Mircəlal Qasımov yanvarın 21-dən fevralın 2-dək olan toplanışa aparacağı heyəti müəyyənləşdirib. Rəqibimiz DÇ-2014-ün Honkonqla seçmə oyununa hazırlıq xarakteri daşıyan toplanışa erməni futbolçu da aparacaq. Bu, Artyom Filiposyandır.

Özbəkistan yığması toplanışa 3 qapıçı, 8 müdafiəçi, 9 yarımmüdafiəçi və 7 hücümçu ilə yollanıb. Bu heyətdə eyni ad-soyada malik futbolçular da var. Bunlar müxtəlif klublarda oynayan Jasur Xasanovlardır.

Qapıçılar: İqnati Nesterov, Murod Zuxurov (hər ikisi “Bunedkor”), Sardor Kobuljonov (“Buxara”)

Müdafiəçilər: Akmal Şoraxmetov, Artyom Filiposyan (hər ikisi “Bunedkor”), Şahruz Qadoyev, Maksuq KƏrimov (hər ikisi “Nəsəf”), Islom Tuxtaxujayev, İslom İnomov (hər ikisi “Lokomotiv”), Yeqor Krimets (“Paxtakor”), Anzur İsmayılov (“Çançun yatay”, Çin)

Yarımmüdafiəçilər: Stanislav Andreyev (“Paxtakor”), Fozil Musayev, Jasur Xasanov, Alibobo Raxmatullayev, Oleq Zoteyev (hamısı “Bunedkor”), Timur Kapadze (“Aktobe”, Qazaxıstan), Erkin Boydullayev (“Nəsəf”), Sanjar Tursunov (“Alaniya”, Rusiya), Jasur Xasanov (“Lokomotiv”)

Hücumçular: Marat Bikmayev, Aleksandr Qeynrix (hər ikisi “Aktobe”, Qazaxıstan), Iqor Taran, Kamoliddin Murzoyev (hər ikisi “Bunedkor”), İvan Naqayev (“Lokomotiv”), Kenja Turayev (“Nəsəf”), Uluqbek Bakoyev (“İrtış”, Qazaxıstan)