“Sumqayıt”lı futbolçuları əvəzedici komanda üçün çağırmışıq”
17.01.2013 - 16:31
“Sumqayıt”lı futbolçuları əvəzedici komandamıza götürmək üçün çağırmışıq”. Apasport.az saytının məlumatına görə, bunu “Trabzonspor”un aşağı yaş qrupları üzrə əlaqələndiricisi Özkan Sümər deyib.
“Portu”dan sonra “Trabzonspor” da Orxan Əliyevi baxışa çağırıb. Ardından yanvarın 14-də Özkan Sümər tərəfindən “Sumqayıt”a daha bir məktub gəlib. Bu dəfə Ruslan Nəsirli ilə Şamil Camaləddinovun yanvarın 22-dən 29-dək Trabzona gəlməli olduğu bildirilib.
Ancaq Sümərin “İhlas” Xəbər Agentliyinin əməkdaşı Gökmən Şahinə verdiyi açıqlamasından da görünür ki, 19 yaşadək yığmamızın üzvləri əsas komanda üçün yox, əvəzedici üçün çağırılıb: “Trabzonspor”un skaut bölməsinin əməkdaşları Giray Bulak və Orhan Çıkrıkçı bu futbolçuları daha öncədən izləyib. Əlimizdəki faktlar və bizə daxil olan raport əsasında bu 3 oyunçunu baxış üçün Trabzona dəvət etdik. Həmin futbolçular 1995-ci il təvəllüdlü olduğundan A2 komandamızda baxışda olacaq. Orxan Əliyevlə Şamil Camaləddinov yarımmüdafiədə, Ruslan Nəsirli isə hücum xəttində çıxış edir. Nəsirlinin ləqəbi “Azəri Patodur”.

0
0