“Alaniya” “Neftçi”nin almaq istədiyi futbolçunu heyətinə qatdı
17.01.2013 - 17:44
“Alaniya” “Neftçi”nin almaq istədiyi futbolçunu heyətinə qatdı
Yanvarın 15-dən Antalyada hazırlıq keçən “Alaniya” heyətini boliviyalı futbolçu ilə gücləndirib. Apasport.az saytının məlumatına görə, Vladiqafqaz klubu boliviyalı futbolçu Jasmani Kamposla anlaşıb.

Artıq 24 yaşlı futbolçu komanda ilə birgə Türkiyədə hazırlıqlarda iştirak edir. Kampos Boliviya yığmasının yarımmüdafiəçisidir.

Qeyd edək ki, Jasmani Kampos “Neftçi”yə yaxşı tanışdır. Bakı klubu hələ yayda Kampos və “Bolivar”ın digər futbolçusu Rudi Kardosoya elçi düşmüşdü. Ancaq “Bolivar” Libertadores Kubokunda mübarizəni dayandırmadığı üçün keçid də baş tutmamışdı.