“İnter” Rumıniya çempionunu transfer etmək istəyir
17.01.2013 - 18:15
“İnter” Rumıniya çempionunu transfer etmək istəyir
Bakının “İnter” klubu rumıniyalı futbolçu Marius Pena ilə maraqlanır. Apasport.az saytının məlumatına görə, ön xətti gücləndirmək istəyən qış çempionumuz Rumıniyanın “Otselul” klubunda oynayan 27 yaşlı hücumçunu heyətində görmək fikrindədir. Mariusun danışıqlar üçün “bankirlər”in təlim-məşq toplanışında olduğu Antalyaya gələcəyi gözlənilir.

1,83 metr boya malik Pena 2008-ci ildən Qalaksi təmsilçisində oynayır. O, bu komandanın heyətində 119 oyunda 21 qol vurub. Cari mövsümdə “Rapid”lə oyunda het-trik edən Marius Rumıniya futbolunun əfsanələrindən sayılan, “Styaua”nın keçmiş hücumçusu Georgi Penanın oğludur.

Qeyd edək ki, Marius 2011-ci ildə “Otselul”un heyətində Rumıniya çempionluğu və Superkubokunu qazanıb.