“Professor”la işləmək qürurvericidir”
17.01.2013 - 18:03
“Professor”la işləmək qürurvericidir”
“Dəvət baş məşqçi Mahmud Qurbanovdan gəldi. Mən də razılıq verdim. “Professor”la işləmək qürurvericidir”. Apasport.az saytının məlumatına görə, bunu “Kəpəz”in yeni məşqçisi İbrahim Hüseynov deyib.

Hüseynov “Kəpəz”in rəsmi saytına açıqlamasında komandada köməkçi-məşqçi vəzifəsində işləməkdən məmnun olduğunu söyləyib: “Kəpəz”də çalışmaq hamının arzusudur. Yaş önəmli deyil, əsas yaxşı işləməkdir. Özüm gəncəliyəm və şəhərin hər iki komandasında futbol oynamışam. Məşqçi kimi müəyyən biliklərim də var. Təcrübəmi Mahmud müəllimin yanında daha da artıracam. Ona və doğma komandamıza kömək etmək üçün əlimdən gələni edəcəm. Artıq futbolçu karyeramı da bitirdim. Özümü bütövlüklə məşqçi işinə həsr etmişəm. Bəslənən ümidləri doğrultmağa çalışacam”.

Qeyd edək ki, buna qədər “Tərəqqi”də oynayan məşqçi olan İbrahim Hüseynov əvəzedici komandaya göndərilmiş Mehman Hacıyevin yerinə təyin olunub.