İbrahimoviçin yeni nömrəsi
17.01.2013 - 20:25
İsveçli hücumçu Zlatan İbrahimoviç PSJ-də yeni nömrə ilə çıxış edəcək. Apasport.az saytının məlumatına görə, 31 yaşlı futbolçu bundan sonra Paris təmsilçisinin heyətində 10 nömrəli forma geyəcək.
Belə ki, İbrahimoviçin bu nömrənin sahibi olan Nenenin “Əl-Əhli”yə transfer olunmasından sonra bu qərara gəlib. O, bunun üçün PSJ rəhbərliyinə 18 nömrəli formanın əvəzinə 10 nömrəli formada çıxış etməsini istəyib. Klub rəhbərliyi də Zlatanın bu fikri ilə razılaşıb.
Qeyd edək ki, İbrahimoviç UEFA-nın forma nömrəsi dəyişməyə icazə vermədiyi üçün Çempionlar Liqasında 18 nömrəli formanı geyinmək məcburiyyətində qalacaq.

0
0