Belaruslu futbolçu “Xəzər Lənkəran”da baxışdadır
17.01.2013 - 22:41
Belaruslu futbolçu “Xəzər Lənkəran”da baxışdadır
“Xəzər Lənkəran”ın düşərgəsinə baxışa yeni oyunçu gəlib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, bu, 28 yaşlı belaruslu futbolçu İvan Deniseviçdir. O, mərkəz yarımmüdafiəçi mövqeyində çıxış edir.

Deniseviçin son oynadığı klub Belarus “Neman”ı olub. O, cənub təmsilçisinin bugünkü axşam məşqində iştirak edib.

Qeyd edək ki, səhər məşqini fitnes zalında keçirən “Xəzər Lənkəran” axşam məşqini ənənəvi isinmə hərəkətləri ilə başlayıb. Daha sonra futbolçular məşqçi korpusunun verdiyi tapşırıqları yerinə yetiriblər və cinahlardan istifadə edərək qapıya doğru hücumlar təşkil ediblər. Məşqin son 20 dəqiqəsində “Xəzər Lənkəran” ikitərəfli oyun keçirib. Bu matç zamanı düşərgədə olan yeni futbolçular sınanıb.