Reto Ziqler A seriyası yolunda
17.01.2013 - 23:31
Reto Ziqler A seriyası yolunda
Moskva “Lokomotiv”ində icarə əsasında çıxış edən Reto Ziqler yenidən A seriyasına qayıda bilər. Apasport.az saytının məlumatına görə, ötən mövsümü “Fənərbaxça”da keçirən isveçli sol cinah müdafiəçisi ilə “Cenoa” yaxından maraqlanır.

Bu xəbəri klubun idman direktoru Rino Fosçi də təsdiqləyib: “Ziqlerlə görüşlərə başlamışıq. İndi işin ən çətin olan tərəfi isə onun mənsub olduğu klubu “Yuventus”la məsələni həll etmək. Lakin hazırda bununla bağlı danışıqlar davam edir”.

Qeyd edək ki, 27 yaşlı futbolçu bu mövsüm Rusiya təmsilçisində 6 dəfə meydana çıxıb.