“Napoli”nin xalları geri qaytarıldı
18.01.2013 - 00:20
“Napoli”nin xalları geri qaytarıldı
İtaliya Futbol Federasiyasının İntizam Komitəsi “Napoli”ni əfv edib. Apasport.az saytının məlumatına görə, sözügedən qurum Neapol təmsilçisinin 2 xalını geri qaytarıb. Həmçinin komandanın futbolçuları Paolo Kannavaro ilə Canluka Qravanın yarım illik cəzası da ləğv edilib. Qapıçı Cianellonun cəzası isə 3 il 3 aydan 21 aya qədər endirilib.

“Napoli”yə kəsilən cərimə isə 70 mindən 50 minə endirilib.

Qeyd edək ki, hər iki müdafiəçiyə bu qərarlar 2009-2010 mövsümündə “Sampdoriya” – “Napoli” qarşılaşmasında çıxarılmışdır. Həmin vaxt məhkəmə Kannavaro və Qravanın oyunun danışılmış olduğundan xəbərdar olmaları və bunu lazımi orqanlara xəbər verməmələrində günahkar bilinmişdir.