Sərcan Yıldırım digər Superliqa təmsilçisində
18.01.2013 - 03:34
Ceyhun Gülselamın ardından “Qalatasaray”da ikinci futbolçu komandadan ayrılıb. Apasport.az saytının məlumatına görə, bu “Cim-Bom”un 22 yaşlı hücumçusu Sərcan Yıldırımdır. Futbolçu Türkiyə Superliqasının digər təmsilçisi “Sivasspor”la anlaşıb.
O, bu klubda 6 ay icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, Sərcan Yıldırım “Qalatasaray”a 2011-ci ildə “Bursaspor”dan transfer olunub. Fatih Tərimin əsas heyətindən kənarda qalan forvard bu mövsüm yalnız 3 Superliqa və 2 kubok matçında meydana çıxa bilib. Bu qarşılaşmalarda isə o, 2 qola imza atıb.

0
0