"Atketiko"dan inamlı qələbə
18.01.2013 - 04:20
"Atketiko"dan inamlı qələbə
İspaniya Kral kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, son matç günündə daha bir qarşılaşma reallaşıb.

Doğma meydanda "Betis"i qonaq edən Madrid "Atletiko"su rəqibini məğlubiyyətə uğradıb. İlk hissədə vurduğu iki qolla fasiləyə üstün yollanan meydan sahibləri ikinci yarıda da bu üstünlüyünü qoruyub.

Beləliklə, "Betis"i 2:0 hesabı ilə məğlub edən Dieqo Simonenin yetirmələri cavab oyunu öncəsi böyük üstünlük əldə edib.


İspaniya Kral kuboku

1/4 final

15 yanvar

"Real" - "Valensiya" - 2:0
Benzema, 37, Quardado, 73-avtoqol

16 yanvar

"Saraqoza" - "Sevilya" 0:0

"Barselona" - "Malaqa" 2:2
Messi, 29, Puyol, 30 – İturra, 26, Kamaço, 90

17 yanvar

"Atletiko" - "Betis" 2:0
Falkao, 11, Filipe, 23