Viktor Valdes “Barselona"nın yeni təklifini rədd edib
18.01.2013 - 06:30
Viktor Valdes “Barselona"nın yeni təklifini rədd edib
“Barselona"nın qapıçısı Viktor Valdes komandası ilə yeni müqavilə imzalamaqdan imtina edib. Apasport.az saytının məlumatına görə, ispaniyalı əlcək sahibi Kataloniya təmsilçisinin yeni təklifini qəbul etməyib.

Belə ki, "Barselona" rəhbərliyi Valdesin 2014-cü ilin iyun ayında başa çatacağı müqaviləsini 2018-ci ilə qədər uzatmaq istəyib. Lakin 31 yaşlı qolkiper bununla razılaşmayıb. O, karyerasını digər komandada davam etdirmək niyyətində olduğunu bildirib.

Qeyd edək ki, "Barselona" daha öncə Lionel Messi, Karles Puyol, Xavi Hernandes və Tello ilə müqaviləsinin müddətini uzadıb.