“Neftçi” tək qolla sevindi - YENİLƏNİB
19.01.2013 - 21:20
“Neftçi” bu gün qış fasiləsində ilk oyununu keçirib. Apasport.az saytının məlumatına görə, bakılılar Antalyadakı hazırlıq prosesində ilk sınaq matçında Rusiyanın “Rotor” klubu ilə üz-üzə gəlib və rəqibini məğlubiyyətə uğradıb.
Fasiləyə qədər hesabı aça bilməyən Böyükağa Hacıyevin komandası istəyinə ikinci yarıda nail olub. 69-cu dəqiqədə Bahadır Nəsimovun vurduğu yeganə qol “Neftçi”yə qələbə qazandırıb.
Qeyd edək ki, uzun illər yüksək liqada çıxış edərək, mükafatlar uğrunda mübarizə aparan Volqoqrad təmsilçisi hazırda I divizionda oynayır və qış fasiləsinə 8-ci pillədə çıxıb. “Neftçi” isə Topaz Premyer Liqasında 4-cü yerdə gedir. “Ağ-qaralar”ın yoxlama oyunlarında rəqibləri olacağı postsovet məkanı təmsilçilərindən birincisi Valeri Burlaçenkonun yetirmələridir.
19 yanvar
“Neftçi” (Azərbaycan) – “Rotor” (Rusiya) 1:0

0
0