“Xəzər Lənkəran” məğlubiyyətdən qaçdı
19.01.2013 - 20:50
“Xəzər Lənkəran” məğlubiyyətdən qaçdı
Yanvarın 13-dən Antalyada hazırlıq keçən “Xəzər Lənkəran” bu gün ilk yoxlama oyununa çıxıb. Apasport.az saytının xəbərinə görə, cənub təmsilçisi Qazaxıstanın “Jetısu” klubu ilə qarşılaşıb.

2 qolun vurulduğu görüşdə qalib müəyyənləşməyib. Hesabı rəqib açsa da, Adrian Pit fasiləyədək “Xəzər Lənkəran”ı məğlubiyyətdən qurtarıb.

Bu matçda “Xəzər Lənkəran”ın ispaniyalı baş məşqçisi Karles Martorell Bakes yeni transferlər – türkiyəli hücumçu Gökhan Güləç, xorvatiyalı qapıçı İvan Çoviç və “Sumqayıt”dan transfer olunan Uğur Pamuku sınayıb.

Eləcə də baxışda olan ispaniyalı mərkəz müdafiəçisi Alvaro Silva ilə belaruslu yarımmüdafiəçi İvan Deniseviç “ağ-yaşıllar”ın heyətində meydana çıxıb.