“Qarabağ” ilk sınaqdan üzü ağ çıxdı - YENİLƏNİB
19.01.2013 - 21:09
Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” Türkiyədəki ilk yoxlama matçını bu gün keçirib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisinin rəqibi Rusiyanın “Ural” klubu olub.
Hazırlıq çərçivəsində 5 sınaq matçına çıxacaq Qurban Qurbanovun yetirmələrinin sınağa çəkdiyi komanda 1-ci liqada çıxış edir. Premyer Liqaya yüksəlməyə əsas namizədlərdən olan Yekaterinburq təmsilçisi 21 turdan sonra 2-ci pillədə qərarlaşıb.
Oyuna ilk dəqiqələrdən yaxşı başlayan “Qarabağ” rəqibini 3:2 hesabı ilə məğlub etməyi bacarıb.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 19:00.da başlayan görüş “Qarabağ”ın məskunlaşdığı “İC Santai” otelinin futbol meydançasında baş tutub.
“QARABAĞ” – “URAL” (RUSİYA) 3:2
“İC Santai” otelinin futbol meydançası

0
0