Rəqibimiz istəyinə çatdı
19.01.2013 - 13:18
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Rusiya yığmasının qarşıdakı təlim-məşq toplanışının vaxtına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, fevralın 6-da İslandiya ilə qarşılaşacaq şimallılar fevralın 2-də bir araya gələcək.
İspaniyada keçiriləcək matç öncəsi 4 günlük hazırlıq keçəcək rəqibimiz bunun üçün klubların razılığını almalı olub. Belə ki, FİFA-nın əsasnaməsinə görə klublar yoxlama oyunundan 48 saat əvvəl futbolçularını buraxmalıdır. Fevralın 4-də cəmi 2 günlük toplaşmaq qənaətbəxş olmadığından Rusiya Futbol İttifaqı klublarla razılıq əldə etməklə istəyinə çatıb.

0
0