Arif İsayevin ayağı “Dənizlispor”a düşmədi
19.01.2013 - 17:04
Türkiyə çempionatının 1-ci liqasında 2-ci dövrəyə start verilib. Apasport.az saytının məlumatına görə, 18-ci turun ilk oyununda Azərbaycan milli komandasının sabiq futbolçuları Rail Məlikovla Arif İsayevin şərəfini qoruduğu “Dənizlispor” klubu “1461 Trabzon”un qonağı olub.
Meydan sahiblərinin cəzalı olması üzündən tamaşaçısız keçirilən görüşdə hər 2 futbolçumuz start heyətində yer alıb. Ardıcıl 16-cı oyununda meydana çıxan Raildən fərqli Arif üçün bu, yeni klubunda 1-ci qarşılaşma olub. Məlikov bu dəfə də əvəzolunmadan meydanda mübarizə aparıb. Arif isə 61-ci dəqiqədə əvəzlənib.
Lakin İsayevin debütünü meydan sahibləri korlayıb. İlk 8 dəqiqədə 2 qol vuran trabzonlular matçın sonlarında daha 1 dəfə fərqlənərək qarşılaşmada böyük hesabla qalib gəlib – 3:0.
Qeyd edək ki, 18 oyunda 21 xal toplayan Dənizli təmsilçisi 13-cü pillədə qərarlaşıb.

0
0