“Turan”da qalmaqal: Pul tapıb vətənə qayıda bilmirik
19.01.2013 - 19:13
“Turan” və bu komandanın vitse-prezidenti Namiq Məstanov haqda danışmaq istəyirəm. Biz menecer vasitəsilə “Turan”a baxışa gəlmişdik. Amma buranın şəraiti dəhşətlidir, şərtlər də bizi qane etmir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan”ın baxışa çağırdığı ukraynalı legioner Pavel Yançuk deyib.
Tovuz təmsilçisində oynamaq istəməyən futbolçu klub rəhbərliyindən narazıdır. O, vətəninə qayıtmaq üçün lazım olan məbləği tələb edir: “Geri qayıtmalıyıq. Amma yol pulumuzu ödəmək istəmirlər. Bizi gətiriblərsə, geri də göndərməlidirlər. Lakin klubun vitse-prezidenti Namiq Məstanovu heç cür tapa bilmirik. Bu adamın sözü ilə əməli üst-üstə düşmür. Bilet pulumuzu ödəmək istəmir”.
Yançuk bildirib ki, onunla yanaşı digər legionerlər də eyni halla üzləşiblər: “Ukrayna ilə əlaqə saxlayacam. Atamın Ukrayna Futbol Federasiyasının prezidenti Anatoli Konkovla şəxsi tanışlığı var. Lakin böyük qalmaqal yaratmaq istəmirəm. Amma məcburam. Biz burada 4 legionerik. Onlardan ikisi Aleksey Radeviçlə Amber İncebaşvili də mənim sözlərimə şərikdirlər. Bizimlə belə danışmamışdılar. Demişdilər ki, geri qayıtmalı olsaq yola salacaqlar. Məşq etməyə meydan yoxdu, qidalanma və məşqin səviyyəsi sıfır dərəcəsindədir. Bizim gəlməyimizdə vasitəçi olan ukraynalı menecer də məsələnin həlli üçün çalışır. Bura cibimizin pulu ilə gəlmişik, indi qayıda bilmirik”.

0
0