Bojidar Bandoviç: “Bakı”da gələcək üçün yaxşı “material” var
19.01.2013 - 20:06
Bojidar Bandoviç: “Bakı”da gələcək üçün yaxşı “material” var
“Son vaxtlar gündə 2 dəfə olmaqla güclü məşqlər keçdik. Hər futbolçunu 45 dəqiqə oynatdıq. İlk qarşılaşma üçün pis nəticə deyil”. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu “Bakı”nın baş məşqçisi Bojidar Bandoviç bu gün keçirilən ilk yoxlama oyunundan sonra deyib.

“Zolaqlılar” qış fasiləsində keçirdiyi ilk sınaq matçında Bolqarıstanın yüksək liqa təmsilçisi “Eter”lə bərabərliyə qalıb – 1:1

Bandoviç ilk hissədə komandasının çıxışından daha razı qalıb: “Fasiləyə kimi daha yaxşı oynadıq. Belə demək olar ki, birinci matçdan razıyam. Çoxlu gənc futbolçular və bununla da gələcəkdə işləmək üçün “material” var. Biz əsas məşqlərimizi fiziki hazırlığa yönəldirik. Təbii ki, taktiki məşqlər də keçirik. Komandada gözəl atmosfer var. Növbəti həftədən məşqləri intensivləşdirəcəyik”.

Mehman SÜLEYMANOV
ANTALYA