“Bakı” “Şaxtyor”la oynayacaq
19.01.2013 - 20:19
“Bakı” “Şaxtyor”la oynayacaq
“Bakı”nın Antalyadakı təlim-məşq toplanışında keçirəcəyi yoxlama oyunlarında 2-ci rəqibi müəyyənləşib. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, son ölkə kubokunun qalibi yanvarın 24-də Qazaxıstanın “Şaxtyor” klubu ilə oynayacaq. Bakılılar Drezden “Dinamo”su ilə planlaşdırılan yoxlama oyunu baş tutmayandan sonra rəqib Qazaxıstan çempionunu seçiblər. Belə ki, Karaqanda təmsilçisi son 2 ildə ölkə çempionatının qalibidir.

Sabah istirahət edəcək “Bakı” sonuncu yoxlama oyununu yanvarın 27-də keçirəcək. Rəqib Xorvatiyanın “Osiek” klubu olacaq. “Zolaqlılar” matçın ertəsi Vətənə dönəcək.

Qeyd edək ki, “Bakı” ilk yoxlama oyununda bu gün keçirərək, Bolqarıstanın “Eter” klubu ilə 1:1 hesablı heç-heçə edib.

Mehman SÜLEYMANOV
ANTALYA