“Neftçi” “Aktobe”ni 3 topla üstələdi – YENİLƏNİB
21.01.2013 - 21:09
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən Bakının “Neftçi” klubu növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, bugünkü qarşılaşmada Azərbaycan çempionunun rəqibi Qazaxıstanın “Aktobe” klubu olub.
Görüş “ağ-qaralar” üçün yaxşı başlayıb. Belə ki, “Neftçi” ilk hissədə rəqibini 2 dəfə mərkəzdən başlamağa məcbur edərək fasiləyə üstün yollanıb. İkinci yarının əvvəlində qazaxlar hesab arasındakı fərqi bir topa endirib. Amma buna baxmayaraq yenə səhnəyə Bahadır Nəsimov çıxıb. Özbəkistanlı futbolçu ilk yoxlama oyununda Bakı klubuna qələbə sevincini yaşatmışdırsa, bu dəfə hücumçu “Aktobe”ni 3-cü dəfə məyus edib. Matçın sonlarında isə hesab arasındakı fərq yenidən bir topa endirilib. Lakin qazaxların bundan başqasına gücü çatmayıb – 3:2.
Qeyd edək ki, bu, Böyükağa Hacıyevin yetirmələrinin Antalyada 2-ci yoxlama oyunu idi. İlk qarşılaşmasını Rusiyanın aşağı dəstə təmsilçisi “Rotor”a qarşı keçirən “Neftçi” 1:0 hesabı ilə qalib gəlmişdi.
“Neftçi” (Azərbaycan) – “Aktobe” (Qazaxıstan) - 3:2

0
0